BAKI, 2 sentyabr. TELEQRAF
Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçaturyan həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Keçmiş nazir külli miqdarda rüşvət alma və külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.