BAKI, 3 sentyabr. TELEQRAF

“Van Ticarət və Sənaye Palatası Ermənistan-Türkiyə münasibətlərinin normallaşması nəticəsində yaranan iqtisadi əlaqələri və ticarət məsələlərini yerində əlaqələndirəcək nümayəndəliyin yaradılması üçün yer ayırmağa hazırdır”.

Teleqraf xəbər verir ki, bu barədə Van Ticarət və Sənaye Palatasının prezidenti Necdet Takva İrəvanda keçirilən Ermənistan-Türkiyə Biznes Forumu zamanı bildirib.

“Vanda müvafiq nümayəndəliyin yaradılmasını iqtisadi münasibətləri, koordinasiyanı və yerində həll prosesindən irəli gələn ticarət məsələlərini idarə etmək üçün strateji zərurət hesab edirik”, - o deyib.

Takva qeyd edib ki, Van Ticarət və Sənaye Palatası müasir binasında belə bir nümayəndəliyin yaradılması üçün yer ayırmağa və bu istiqamətdə təşəbbüs göstərməyə hazırdır.