BAKI, 28 may. TELEQRAF
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask prezident Donald Trampın genişmiqyaslı vergi və xərclərin azaldılması paketi ilə bağlı narahatlığını ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
İlon Mask Trampın addımının ABŞ-nin büdcə kəsirini artıracağını bildirib: "Ancaq məsələ tək bununla bitmir. Yeni paket Hökumətin Effektivliyi Departamentinin işini baltalayır. Bu qərar məni məyus etdi".