BAKI, 16 noyabr. TELEQRAF
“2027-cı il üzrə dövlət büdcəsinin xərcləri 42,4 mlrd. manat proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 696,4 mln. manat çoxdur”.
Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir bildirib ki, növbəti il üçün dövlət büdcəsi xərclərinin 26,4 mlrd. manatı və ya 62,3 faizi cari xərclərə, 13,8 mlrd. manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2,2 mlrd. manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Sahil Babayevin sözlərinə görə, növbəti ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 20,8 faizi həcmində və ya 8,8 mlrd. manat məbləğində vəsait nəzərdə tutulur. Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 748 mln. manat və ya 9,3 faiz çoxdur: “Dövlətimizin ən önəmli prioritetlərindən biri kimi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərin davam etdirilməsi üçün maliyyə təminatı tam şəkildə nəzərdə tutulub”.