BAKI, 16 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin müayinəsi zamanı ev sahibi, 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.