BAKI, 14 oktyabr. TELEQRAF
“Azərbaycan və Türkiyə ilə münasibətlərimizi yaxşılaşdırmağa davam edəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Varvaşava Təhlükəsizlik Forumunda deyib.
“Nə olur-olsun, münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik və demək olar, məqsədimizə çatmışıq. Artıq Azərbaycanla sülh bərqərar olub, baxmayaraq ki, hələ də bir neçə addım atılmalıdır.
Türkiyə ilə də münasibətləri normallaşdırırıq. Sərhəd hələ də bağlıdır, amma düşünürəm ki, proses artıq xeyli yetkinləşib və sabah səhər oyanıb xəbərlərdə “Ermənistan-Türkiyə sərhədi açıldı” başlığını görməyimiz tamamilə mümkündür”, - nazir bildirib.