BAKI, 14 oktyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının II turunda “Bavariya” səfərdə “Viking”lə 3:3 hesablı heç-heçə edib.
Teleqraf xəbər verir ki, Münhen təmsilçisinin heyətində iki qol vuran Harri Keyn turnirdəki qollarının sayını 57-yə çatdırıb.
İngiltərə millisinin hücumçusu bu göstərici ilə keçmiş “Bavariya” futbolçusu Tomas Müllerə çatıb.
Hər iki oyunçu Çempionlar Liqasının bütün zamanların ən çox qol vuran futbolçuları siyahısında 10-11-ci yerləri bölüşür.
Siyahıya 141 qolla Kriştianu Ronaldu başçılıq edir. Lionel Messi 129 qolla ikinci, Robert Levandovski 109 qolla üçüncü sıradadır. Kərim Benzema 90 qolla dördüncü, Raul və Kilian Mbappe isə 71 qolla sonrakı yerləri bölüşürlər.
Erlinq Holann və Andrey Şevçenko hərəyə 59 qolla 8-9-cu yerlərdə qərarlaşıblar.