BAKI, 12 oktyabr. TELEQRAF

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların daha iki istiqaməti - daxili bazar və rəqabət qabiliyyəti siyasəti üzrə danışıqlar klasterinin açılmasına razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Anita Orban bildirib.

“Ukrayna parlamentində milli azlıqların dillərində təhsillə və belə təhsil verən məktəblər üçün hüquqi təminatlarla bağlı qanun layihəsi müzakirə olunur. Kiyevdən xəbər gözləyirik. Oktyabrın 6-da təhsil məsələləri üzrə müvafiq komitə bu qanun layihəsini təsdiqləyib. Bu, ikinci və üçüncü danışıqlar klasterlərinin açılması üçün tələb olunan rəsmi məktubları göndərməyimizə imkan verən zəruri şərt idi”, - Orban deyib.

Nazir vurğulayıb ki, Ukrayna Ali Radasında Zakarpatyada yaşayan etnik macarların hüquqlarının bərpasına yönəlmiş bu qanun qəbul edildikdən sonra Macarıstan onun icrasını diqqətlə izləyəcək.