BAKI, 6 oktyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron dəniz bazalı strateji ballistik M51.3 raketinin sınaqlarının hər kəs üçün güclü və aydın siqnal olduğunu düşünür.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Düşünürəm ki, bu, hər yerə çatmış güclü və aydın siqnaldır”, - Fransa lideri qeyd edib.

Makron həmçinin “Overn” çoxməqsədli freqatından sınaqları izlədiyini bildirib.

Fransa Prezidenti bununla yanaşı, “azad olmaq üçün qorxu yaratmaq lazımdır” fikrini təkrarlayıb və nüvə raketinin sınaqlarını “uğurlu” adlandırıb.