BAKI, 21 noyabr. TELEQRAF
BMT-nin Müəyyən Adi Silahlar haqqında Konvensiyasının iştirakçıları “qatil robotlar” kimi tanınan avtonom ölümcül silah sistemlərinin tənzimlənməsi üzrə beynəlxalq sənədin hazırlanmasına başlamaq barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə AFP Cenevrədə 128 dövlətin nümayəndələrinin iştirak etdiyi konfransın yekunları üzrə məlumat yayıb.
“Dövlətlər ölümcül avtonom silah sistemləri ilə bağlı beynəlxalq sənədin hazırlanmasına başlamaq barədə razılığa gəliblər və bu iş növbəti iki il ərzində başa çatdırılmalıdır”, - konfransın sədri Julien Toni jurnalistlərə bildirib.
Toninin AFP-yə müsahibəsində qeyd edib ki, qarşıdakı iş çərçivəsində beynəlxalq humanitar hüquqa əsasən hansı silah növlərinin qadağan edilməli olduğu, hansılarının isə tətbiqi qaydaları müəyyənləşdirilməklə istifadədə saxlanıla biləcəyi müəyyənləşdiriləcək.