BAKI, 24 noyabr. TELEQRAF
Böyük Britaniya Yəməndə fəaliyyət göstərən “Ənsarallah” terror təşkilatının (husilər) liderlərinə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Krallıq hökumətinin rəsmi saytında məlumat verilib.
Sanksiyalar ölkəyə giriş qadağasını və aktivlərin dondurulmasını nəzərdə tutur.
Məhdudiyyətlərə aşağıdakı şəxslər məruz qalıb:
- “Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin direktoru” Əbdül Hakim əl-Heyvani;
- “Daxili işlər naziri” Əbdül Kərim Əmirəddin Hüseyn əl-Husi;
- “Prokuror” Səriməddin Müfəddəl.
London həmin şəxsləri insan hüquqlarını pozmaqda ittiham edir.