BAKI, 23 noyabr. TELEQRAF

Avropa İttifaqı Rusiya ilə Ukrayna məsələsinə dair ikitərəfli danışıqlar aparmaq niyyətində deyil. Brüssel bu müzakirələrin çoxtərəfli formatda keçirilməsində maraqlıdır.

Teleqraf xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.

Paula Pinyo əlavə edib ki, Avropanın təhlükəsizlik arxitekturasının gələcəyi ilə bağlı müzakirələr yalnız Ukraynada atəşkəs əldə edildikdən sonra, NATO və Aİ ölkələrinin iştirakı ilə başlaya bilər.