BAKI, 23 noyabr. TELEQRAF
Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç ona qarşı ölüm təhdidlərinin səsləndirildiyini bildirsə də, təhdidlərin təfərrüatlarını açıqlamayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “TV Pink”in efirində danışıb.
“Dünən mənə qarşı ciddi ölüm təhdidləri oldu. Mənə açıq və birmənalı şəkildə bildiriblər ki, məni aradan götürəcəklər”, - Vuçiç qeyd edib.
Keçmiş prezident həmçinin mümkün həbsi və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib:
“Mənə qarşı heç bir cinayət işi açılmayıb. Hətta dəmir barmaqlıqlar arxasında olsam belə, siyasi rəqiblərim üçün kabus olaraq qalacağam. Bütün bunlar mənə gülməli gəlir. Prezident maliyyə vəsaitlərinə aid heç bir sənədi imzalamır. Məni nəyə görə həbs etməlidirlər? Onlar elə bilirdilər ki, mən qaçacağam”.
Aleksandr Vuçiç sentyabrın 27-də prezident vəzifəsindən istefa verib. “Serb Proqressiv” Partiyası onu partiya sədri vəzifəsinə namizəd irəli sürüb. Partiyadaxili səsvermə dekabrın 13-nə təyin olunub.