BAKI, 21 noyabr. TELEQRAF
Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok müstəqil ekspert kimi şirkətlərə məsləhət xidmətləri göstərəcək və ayrı-ayrı layihələr üzərində çalışacaq.
Teleqraf xəbər verir ki, Bu barədə “dpa” agentliyi “FGS Global” konsaltinq şirkətinin Almaniyadakı nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, Berbok bu fəaliyyəti Nyu-Yorkdakı Kolumbiya Universitetində müəllimliklə paralel həyata keçirəcək.
O, geosiyasət sahəsindəki təcrübə və biliklərindən istifadə edərək, sərbəst əsaslarla məsləhət xidmətləri göstərəcək. Berbok həm ayrı-ayrı layihələr, həm də şirkətlərlə əməkdaşlıq edə biləcək.
Qeyd edək ki, sentyabrın əvvəlində Berbokun BMT Baş Assambleyasının sədri vəzifəsində səlahiyyət müddəti başa çatıb. Bundan sonra siyasətçi Kolumbiya Universitetində dərs deməyə başlayıb.
Universitetdə Berbok qlobal liderlik üzrə professor vəzifəsini tutur, həmçinin qlobal liderlik sahəsində dövlət idarəçiliyi üzrə magistr proqramının rəhbərlərindən biridir.