BAKI, 23 noyabr. TELEQRAF
NATO gələn ilədək ildə təxminən 4 milyon artilleriya mərmisi istehsal etmək gücünə malik olacaq.
Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Berlində NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, alyansın artilleriya mərmisi istehsalı üzrə imkanlarının genişləndirilməsi nəzərdə tutulur:
"Proqnozlara görə, gələn ilə qədər alyans hər il təxminən 4 milyon artilleriya mərmisi istehsal etmək gücünə malik olacaq".