BAKI, 24 noyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Dan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb.
Teleqraf xəbər verir ki, sənəd Buxarestdə keçirilən ikitərəfli danışıqlardan sonra imzalanıb.
İmzalanma mərasimindən sonra Paşinyan və Dan mətbuat konfransı keçiriblər.
Ermənistan Baş naziri Rumıniyada rəsmi səfərdədir.