BAKI, 3 sentyabr. TELEQRAF
“Hindistan Rusiya-Ukrayna müharibəsinin kiminsə Rusiya neftini alıb-almaması ilə deyil, diplomatiya və danışıqlar yolu ilə həll olunacağına inanır”.
Teleqraf xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirdiyi brifinqdə bildirib.
Cayşankar vurğulayıb ki, Hindistan çox çətin durumda 1,4 milyard əhalini yanacaqla təmin etməyə məcburdur. O, əlavə edib ki, Rusiya neftinin alınması məsələsində Ukraynanın mövqeyinə hörmətlə yanaşır, amma ümid edir, Hindistanın da mövqeyinə hörmətlə yanaşılacaq.
“Əlavə edim ki, beş ildir davam edən bu münaqişə kiminsə neft, alüminium, minerallar, metallar və ya gübrələr alıb-almaması səbəbindən həll olunmayacaq. Bu, diplomatiya və danışıqlar yolu ilə həll olunacaq. Biz buna çağırırıq”, - nazir qeyd edib.