BAKI, 22 oktyabr. TELEQRAF
Fransada asayişin bərpası üçün hüquq-mühafizə orqanları və məhkəmələr gücləndirilmiş rejimdə fəaliyyət göstərir. İndiyədək minlərlə şəxs saxlanılıb, yüzlərlə insan həbs edilib.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
Onun sözlərinə görə, görülən tədbirlər davam etdiriləcək.
Makron yaxın vaxtlarda saxlanılan şəxslər və məhkəmə prosesləri barədə ətraflı məlumat veriləcəyini də qeyd edib:
"Hüquq sistemi səfərbər olunub və gərgin şəkildə çalışır".