BAKI, 20 oktyabr. TELEQRAF

NATO ilə sərhədində radiolokasiya müşahidəsi imkanlarını genişləndirən Rusiya Kalininqrad vilayətində yeni, nəhəng radar sistemi quraşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Obyekt Polşa və Litva sərhədlərinin yaxınlığında, Qvardeysk şəhərinin ətrafında yerləşir və Moskvanın NATO ölkələrinin hərbi fəaliyyətini izləmək imkanlarını gücləndirə bilər.