BAKI, 22 oktyabr. TELEQRAF
Çexiya Prezidenti Petr Pavel Avropanın zəifliyi və dərin daxili parçalanması səbəbindən ciddi qəbul edilmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Almaniyanın “Bild” qəzetinə müsahibəsində danışıb.
“Avropanı ciddiyə almırlar. Çünki nə qədər parçalandığımızı, nə qədər zəif olduğumuzu və adi bir qərar vermək üçün nə qədər çox vaxt sərf etdiyimizi görürlər. Bunu çox tez dəyişməsək, əhəmiyyətsiz olacağıq”, - Pavel vurğulayıb.
Çexiya Prezidentinin fikrincə, dünya nizamı sürətlə böyük qlobal güclərin üstünlük təşkil etdiyi istiqamətdə dəyişsə də, Avropa hələlik bu güclər sırasında yer almır.