BAKI, 23 oktyabr. TELEQRAF
Viktor Orbanın baş nazir vəzifəsindən getməsindən sonra Macarıstanın Ukrayna və miqrasiya məsələlərində mövqeyi, demək olar, dəyişməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlara istinadla yazıb.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, yeni baş nazir Peter Madyar bu məsələlərdə ölkənin mövqeyini dəyişməyib: “Sadəcə, o, bunları fərqli şəkildə təqdim edir”.
Digər diplomat qeyd edib ki, Madyar Ukraynanın maliyyələşdirilməsi və Avropa İttifaqına üzvlüyü məsələlərində bəzən inadkarlıq edir.
Madyar və Mərkəzi Avropanın digər ölkələrinin liderləri ötən həftə keçirilən sammitdə Ukrayna üçün ayrılacaq istənilən yeni kredit üzrə faizlərin ödənilməsində iştirakdan imtina ediblər. Məlumata görə, bu qərar digər ölkələrin narazılığına səbəb olub.
Ukrayna mediası da Macarıstanın Moldova və Kiyevin Avropa İttifaqına üzvlük danışıqlarına mane olduğunu yazır.