BAKI, 22 oktyabr. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri gecə saatlarında Rusiyanın Moskva vilayətinin Serpuxov şəhərində yerləşən hərbi müəssisəni vurub. Müəssisədə “Buk” və S-300V də daxil olmaqla zenit-raket kompleksləri təmir edilir və saxlanılır.
Teleqraf xəbər verir ki, hücum barədə “Exilenova+” monitorinq kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, hərbi obyektin ərazisinə raketlər və ya dronlarla zərbə endirilmiş ola bilər. Hücum zamanı Serpuxovda raket təhlükəsi elan edilib və hava hücumu xəbərdarlığı sirenləri səslənib.
Hücum zamanı güclü partlayış baş verib. Obyektdə dağıntıların miqyası və zərbələrin yekun nəticələri müəyyən edilməyib.