BAKI, 21 oktyabr. TELEQRAF

2026-cı ilin sentyabrın 1-dən oktyabrın 16-dək Rusiya ordusu Ukraynada 112 kvadratkilometr əraziyə nəzarəti itirib. Rusiya ilin əvvəlindən bəri təxminən 100 kvadratkilometr ərazi işğal edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW-nin qiymətləndirməsinə görə, Ukrayna ordusunun davam edən “Vivaldi” əməliyyatı Rusiya komandanlığının Donetsk vilayətindəki “qalalar kəməri” ərazisində Ukrayna Silahlı Qüvvələrini şimaldan mühasirəyə almaq planlarını pozub.

Ekspertlər həmçinin 2026-cı ilin yayından etibarən Rusiya ordusunun döyüş itkilərinin artmasına da diqqət çəkiblər. Məlumata görə, Rusiya bir neçə ay ərzində 40 mindən çox hərbçisini itirib.