BAKI, 22 oktyabr. TELEQRAF

Litvanın qərbində, Kalininqrad vilayəti ilə sərhədə yaxın ərazilərdə oktyabrın 25-dək davam edəcək hərbi təlimlər keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

Təlimlərdə hərbçilər, hərbi komendantlıqlar və könüllü bölmələrlə yanaşı, mülki qurumların nümayəndələri də iştirak edir.

Təlimlər zamanı mühüm obyektlərin mühafizəsi, ərazilərdə patrul xidmətinin təşkili, nəzarət postlarının qurulması və yaralıların təxliyəsi məşq olunur.