BAKI, 20 oktyabr. TELEQRAF

Polşa "Patriot" sistemləri üçün Ukrayna ilə bölüşə biləcəyi kifayət qədər əks-raket ehtiyatına malik deyil.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski PAP agentliyinə müsahibəsində bildirib.

"NATO-da belə vasitələri ötürməyə qadir olan ölkələr var, lakin Polşa bu qrupuna daxil deyil", - R.Sikorski qeyd edib.