BAKI, 16 avqust. TELEQRAF

Ukrayna Hərbi Dəniz Qüvvələri Krımda Rusiya ordusuna məxsus “Bastion” raket kompleksinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna tərəfi məlumat yayıb.

Hücum nəticəsində Rusiya ordusunun silah və canlı qüvvə baxımından ciddi itkilər verdiyi bildirilir. Dəymiş ziyanın və yekun itkilərin dəqiqləşdirilməsi istiqamətində işlər davam edir.

Qeyd edək ki, "Bastion" kompleksi Rusiyanın Ukraynanın cənub bölgələrindəki yerüstü hədəfləri vurmaq üçün istifadə etdiyi "Oniks" raketlərinin daşıyıcısıdır. Sözügedən komplekslərdən, həmçinin "Sirkon" hipersəs raketlərinin buraxılması da mümkündür.