BAKI, 5 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin 36-cı Əlahiddə Dəniz Piyadaları Briqadasının kəşfiyyatçıları Donetsk vilayətinin Oleksiyevo-Drujkovka qəsəbəsi yaxınlığında iki Rusiya hərbçisini əsir götürüblər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna ordusunun briqadası məlumat yayıb.
Bildirilib ki, həmin hərbçilərə yaşayış məntəqəsində Rusiya bayrağı ilə şəkil çəkdirərək qəsəbənin guya rus ordusunun nəzarətinə keçdiyini göstərən informasiya-təbliğat materialı hazırlamaq tapşırılıb:
“Rusiya komandirləri bu iki hərbçini Oleksiyevo-Drujkovkaya (Konstantinivka istiqaməti) göndərmişdilər. Məqsəd klassik informasiya-psixoloji əməliyyat idi - stela önündə görüntü çəkdirərək yaşayış məntəqəsinin növbəti dəfə “ələ keçirildiyini” elan etmək”.
Qeyd edilib ki, həmin iki hərbçi bir neçə saat sonra 36-cı Briqadanın kəşfiyyatçıları tərəfindən əsir götürülüb.
“Biz müdafiəni davam etdirir və Rusiyanın bütün “qələbə ssenariləri”ni pozuruq”, - briqada vurğulayıb.