BAKI, 30 iyun. TELEQRAF
Böyük Britaniya hökuməti milli təhlükəsizliyin gücləndirilməsi məqsədilə müdafiə büdcəsinə əlavə 15 milyard funt sterlinq (19,8 milyard dollar) vəsait ayırır.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs yeni müdafiə investisiya planını təqdim edərkən bildirib.
"Dünya dəyişib və milli təhlükəsizlik iqtisadi təhlükəsizlik deməkdir. Hökumət büdcə prioritetlərinin yenidən nəzərdən keçirilməsi çərçivəsində müdafiə sahəsinə əlavə 15 milyard funt sterlinq vəsait yönəldəcək", - nazir vurğulayıb.