BAKI, 20 iyun. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın işğalı altındakı Krım yarımadasının qaz infrastrukturuna və logistikasına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib.
O qeyd edib ki, Krımla yanaşı, Rusiya ordusunun Xerson, Donetsk və Luqansk vilayətlərindəki digər hədəflərinə də zərbələr endirilib.