BAKI, 7 may. TELEQRAF
“Hörmüz boğazı açılana qədər İrana qarşı sanksiyalar ləğv edilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.
“Hörmüz boğazı bağlı qaldığı müddətcə İrana qarşı ən kiçik sanksiyaları belə ləğv etmək mümkün deyil”, - nazir bildirib.
Fransa Prezidenti Emmanuel Makron da iranlı həmkarı Məsud Pezeşkianı boğazın dərhal açılmasına çağırıb.