BAKI, 30 aprel. TELEQRAF

Ukrayna Hərbi Dəniz Qüvvələri Kerç körpüsünü qoruyan iki Rusiya katerini məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Ukrayna hərbi donanması gecə saatlarında Kerç boğazında Rusiya hərbi dəniz konvoyuna zərbələr endirib. Nəticədə, Rusiya Federal Təhlükəsizlik Xidməətinin (FSB) “Sobol” patrul və “Qraçonok” təxribat əleyhinə kateri vurulub.