BAKI, 10 noyabr. TELEQRAF

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar ərəfəsində Ukrayna nümayəndə heyətinin amerikalı və avropalı tərəfdaşlarla məsləhətləşmələri başlayıb.

Teleqraf xəbər verir ki, bunu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov Əbu-Dabidə işə başladıqlarını açıqlayıb.

Onun məlumatına görə, Ukrayna təmsilçiləri Avropa və NATO nümayəndələri ilə görüşür, ABŞ tərəfinin də məsləhətləşmələrə qoşulması nəzərdə tutulur:

“İlk görüş Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilədir, onlara ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşulacaq. Danışıqların növbəti mərhələsindən əvvəl mövqeləri tutuşdurub addımları əlaqələndirəcəyik. Sonra Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli format olacaq”.

Umerov həmçinin qeyd edib ki, bu görüşdə Ukrayna nümayəndə heyətini ondan başqa Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa və Vadim Skibitski təmsil edir.