BAKI, 10 noyabr. TELEQRAF

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb.

Teleqraf xəbər verir ki, görüş mətbuata qapalı formatda keçirilir.

Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Rusiya nümayəndə heyətinə isə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

ABŞ Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner tərəfindən təmsil olunur.