BAKI, 10 noyabr. TELEQRAF
Əbu-Dabidəki Ukrayna nümayəndə heyəti münaqişənin sona çatması ilə bağlı bütün məsələləri müzakirə etmək üçün Zelenskidən mandat alıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti münaqişənin sona çatması ilə bağlı hər şeyi müzakirə edə bilər.