BAKI, 10 noyabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio ilə Ukrayna xarici işlər naziri Andrey Sibiqa arasında Parisdə görüş başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı tərəflər sülh səylərini, strateji tərəfdaşlığın inkişafını, Ukraynanın müdafiə qabiliyyətinin və davamlılığının gücləndirilməsini müzakirə edəcəklər.
Qeyd edək ki Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başlayıb. Fransanın xarici işlər naziri Jan-Noel Barro daha əvvəl bildirmişdi ki, Əbu-Dabidəki danışıqlarla paralel olaraq Parisdə ABŞ və Ukrayna diplomatiya rəhbərlərinin Aİ və G7 ölkələrinin nümayəndələri ilə görüşü keçiriləcək və orada da Ukraynadakı vəziyyət müzakirə olunacaq.