BAKI, 28 aprel. TELEQRAF
“Ukrayna Ordusu Kiyev su anbarından başlayaraq Sumı şəhərinə qədər uzanan fasiləsiz müdafiə xətti qurulmağa başlayıb”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının komandanı general Vasil Sirotenko məlumat verib.
Generalın sözlərinə görə, bütün mümkün ssenarilər nəzərə alınır:
“Düşmən müxtəlif qruplaşmalar yaradır və qüvvələrini sürətlə bir istiqamətdən digərinə köçürür. Buna görə də hazırda dərinləşdirilmiş müdafiə xəttinin qurulması üzrə geniş işlər aparılır”.
Vasil Sirotenko bildirib ki, Sumı şəhərindən başlayaraq dayanıqlı müdafiə sistemi formalaşdırılıb: “Hətta kosmosdan da bunu görmək mümkündür”.
General əlavə edib ki, hazırda Kiyev su anbarından Sumıya qədər müdafiə xətti inşa olunur, bu işə böyük resurslar cəlb edilib:
“Məqsəd gözlənilməz hücumların qarşısını almaq, Rusiyanın Ukrayna ərazisinə təhdidlərini məhdudlaşdırmaq və sərhəd yaxınlığında bufer zonanın formalaşdırılmasına imkan verməməkdir”.