BAKI, 16 aprel. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində Slavyansk və Kostyantinovka istiqamətlərində irəliləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna qoşunlarının Zakitnenin mərkəzində və Slavyanskın şimal-şərqində irəliləyişi qeydə alınıb.
Bundan əlavə, mənbə Ukrayna ordusunun Kostyantinovka-Drujkivka taktiki zonasında irəlilədiyini bildirib.
ISW qeyd edib ki, Ukrayna müdafiə qüvvələri Rusiya ordusunun Kostyantinivkanı ələ keçirmək cəhdlərinin qarşısını almağa davam edir.