BAKI, 16 aprel. TELEQRAF
“Fransa Rusiyaya qarşı qurulan Xüsusi Tribunalın Rəhbərlər Komitəsi haqqında sazişə qoşulmaq niyyətini rəsmi olaraq təsdiqləyib”.
Teleqraf xəbər verir ki, bunu Ukraynan xarici işlər naziri Andrey Sibiqa deyib.
“Xüsusi Tribunalın Rəhbərlər Komitəsi haqqında sazişə qoşulmaq niyyətinin rəsmi təsdiqinə görə Fransaya minnətdaram. Avropa Şurasının 18 üzv dövləti artıq qoşulub. Saziş mayda Avropa Şurası Nazirlər Komitəsi tərəfindən səsverməyə çıxarılacaq”, - nazir bildirib.
Sibiqa bütün dövlətləri bu tarixi prosesə qoşulmağa çağırıb. Xarici işlər naziri vurğulayıb ki, Nürnberq prosesindən bəri ilk dəfə olaraq Ukrayna təcavüz cinayətinə görə ədalətin təmin edilməsi üzərində işləyir və bu proses bütün beynəlxalq ictimaiyyət üçün həlledici əhəmiyyət kəsb edəcək.
Andrey Sibiqa bundan əvvəl İslandiya və Polşanın Xüsusi Tribunalın yaradılması ilə bağlı razılaşmaya qoşulmağa hazır olduqlarını açıqlamışdı.