BAKI, 11 aprel. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general-polkovnik Aleksandr Sırski cənub əməliyyat zonasında səfərdə olub
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Baş komandan növbəti işgüzar səfəri çərçivəsində cənub əməliyyat zonasında döyüş tapşırıqlarını yerinə yetirən hərbi idarəetmə orqanlarının, hərbi hissələrin və bölmələrin komandirləri ilə görüşüb.
Sırski komandirlərin məruzələrini dinləyib, bölmələrin sursat, dron və digər maddi-texniki vasitələrlə təminatının yaxşılaşdırılması üçün lazımi göstərişlər verib. Onun sözlərinə görə, Rusiya qoşunları öz qruplaşmasını gücləndirir, döyüşlərin gedişini öz xeyrinə dəyişməyə çalışır, amma Ukrayna Müdafiə Qüvvələri müəyyən olunmuş mövqeləri möhkəm şəkildə saxlayır.
“Əsas məqsəd düşmənə maksimum itki vermək, onun zəiflədilməsi, Ukrayna ərazilərinin azad edilməsi və hərbçilərin həyatının qorunmasıdır”, - Ukrayna ordusunun baş komandanı vurğulayıb.
Yerli KİV həmçinin Aleksandr Sırskinin Donetsk vilayətinin Pokrovsk rayonu istiqamətində olduğunu bildirib. Hazırda Pokrovskda vəziyyətin gərgin olduğu, son həftə ərzində bu istiqamətdə Rusiya qüvvələrinin 260 hücumunun dəf edildiyi deyilir.