BAKI, 2 aprel. TELEQRAF
Moldova parlamenti yekun oxunuşda MDB-in yaradılması barədə sazişdən və Almatı Bəyannaməsindən çıxmaq qərarını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Moldova parlamentinin saytında bildirilib.
Qərarda deyilir:
“1991-ci il dekabrın 8-də Minskdə imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Sazişi və 1991-ci il dekabrın 21-də Almatıda imzalanmış protokol denonsasiya edilir”.