BAKI, 13 noyabr. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri gecə saatlarında Rusiyanın Volqoqrad şəhərində yerləşən “Lukoyl” şirkətinə məxsus neft emalı zavoduna (NEZ) dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Dnipro Osint” məlumat yayıb.

Qeyd edilib ki, hava hücumu zamanı zavodun azı iki emal qurğusu (ELOU-AVT-1 və AVT-6) vurulub.

Bu iki qurğu birlikdə zavodun neft emalı gücünün təxminən 70 faizini təmin edir.

İlkin məlumata görə, ehtiyat parkına da zərbələr endirib.