BAKI, 13 mart. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Kupyansk istiqamətində, Kostyantinivka-Drujkovka və Zaporojye vilayətinin qərbində irəliləyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Həmçinin, Rusiya ordusu Sumı vilayəti istiqamətində hücum əməliyyatlarını davam etdirsələr də, irəliləyiş əldə etməyib.

Rusiya qoşunları Xarkov vilayətinin şimalında da hücum əməliyyatları aparıblar, amma ISW burada da irəliləyiş qeydə almayıb.

Rusiya mənbələri isə Ukrayna ordusunun Qrafske yaşayış məntəqəsinin cənubunda əks-hücum etdiyini bildirirlər. Məlumata görə, Ukrayna qüvvələri Xarkovun şimalında Rusiya qoşunlarının irəliləyişini faktiki olaraq dayandırıb.