BAKI, 10 mart. TELEQRAF
Almaniya müdafiə naziri Boris Pistorius bir neçə Avropa ölkəsi ilə Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 30 ədəd PAC-3 raketinin tədarükü barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Der Spiegel” mənbələrə istinadla məlumat yayıb.
Bundesverin ehtiyatından bir neçə raketlə yanaşı, Ukrayna ümumilikdə təxminən 35 PAC-3 raketi alacaq. Çatdırılma tarixi açıqlanmayıb.