BAKI, 20 yanvar. TELEQRAF

“Avropa İttifaqı daxilində tamhüquqlu müdafiə ittifaqının yaradılması üçün şərtlər artıq mövcuddur”.

Teleqraf xəbər verir ki, bunu Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinqer deyib.

“Bütün əlamətlər Avropada müdafiə ittifaqının formalaşacağını göstərir. Böyük Britaniya yenidən Avropa İttifaqı ilə yaxınlaşıb. “Könüllülər Koalisiyası”nın yaradılması Avropa İttifaqını (Macarıstan və Slovakiya istisna olmaqla) ideya birliyi olan ölkələrlə - Kanadadan Avstraliyaya, Norveçdən Yaponiyaya qədər koordinasiyalı əməkdaşlığın yaranmasına imkan verib”, - o qeyd edib.