BAKI, 14 yanvar. TELEQRAF

Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) əməkdaşları səhərə qədər müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkonun ofisində axtarış aparıblar.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Məlumata görə, Yuliya Timoşenko qanun layihələri üzrə səsvermə üçün Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunur.