BAKI, 31 dekabr. TELEQRAF
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum etdiyinə inanmır.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
“Moskvanın Ukraynanın son vaxtlar Rusiyada mühüm dövlət obyektlərini hədəfə aldığına dair iddiaları qəsdən diqqəti yayındırmaq məqsədi daşıyır. Rusiya Ukrayna və onun Qərb tərəfdaşları tərəfindən sülhə doğru real irəliləyişi pozmağa çalışır. Heç kim ayrı-seçkilik qoymadan hücumlarını davam etdirən təcavüzkarın əsassız iddialarını qəbul etməməlidir”, - Kallas vurğulayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov bundan əvvəl iddia edib ki, Ukrayna dekabrın 29-da Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 PUA ilə hücum edib. Nazir bütün dronların məhv edildiyini bildirib. Ukrayna Rusiyanın iddiasını rədd edib.