BAKI, 1 dekabr. TELEQRAF
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk, Zaporojye və Xarkov vilayətlərində irəliləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
Bildirilib ki, Rusiya qoşunları Zaporojya vilayətində Rivnepil və Qulyaypol ətrafında irəliləyib. Rusiya ordusu Qulyaypol ətrafındakı “boz zona”nı genişləndirib və şəhərin şimalında mövqelərini möhkəmləndirib.
Bundan əlavə, Rusiya qüvvələri Çasiv Yar şəhərinin cənubunda, Donetsk vilayətinin Stupoçki qəsəbəsi ərazisində irəliləyib. Ruslar Xarkov vilayətində, Rusiya ilə sərhəddə yerləşən Dvoriçanske yaxınlığında da mövqelərini gücləndiriblər.