BAKI, 25 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Ukraynanın müharibədəki zəif durumunu nəzərə alaraq hazırladığı sülh planında Kiyevin qarşısında çətin güzəştlər qoyub.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” rəsmilərə istinadla məlumat yayıb.

Məqalədə bildirilir ki, ABŞ və digər rəsmilərlə söhbətlər və kəşfiyyat məlumatlarını nəzərdən keçirdikdən sonra Sitev Uitkoff Ukraynanın daha zəif hərbi vəziyyətdə olduğu qənaətinə gəlib.

Rəsmilər ABŞ prezidentinin xüsusi nümayəndəsinə Ukrayna ordusunun cəbhədə çoxsaylı itkilər verdiyini və hazırda əlverişsiz vəziyyətdə olduğunu söyləyiblər. Stiven Uitkoff da sülh planını hazırlayarkən bunları nəzərə alıb.

“Müharibəyə son qoymaq üçün Ukrayna mühüm güzəştlərə razılıq verməli olacaq”, - Uitkoffla həmfikir olan ABŞ rəsmisi nəşrə bildirib.