BAKI, 22 noyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ilin sonuna kimi yeni regionlara (Ukraynanın işğal edilmiş ərazilərinə - red.) səfər edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, hələlik cədvəldə yoxdur, amma bunu istisna etmək olmaz”, - Kremlin sözçüsü qeyd edib.