BAKI, 14 oktyabr. TELEQRAF
“Nobel Komitəsi siyasiləşmiş qurumdur, əgər sülh üzrə Nobel mükafatına namizədliyim irəli sürülsəydi, bundan imtina edərdim”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Bəzən belə düşünürəm: əgər sizdən və ya məndən kimsəyə bu mükafat təklif olunsaydı, mən mütləq imtina edərdim. Çünki, baxın, bizim zamanımızda müvafiq şəxslərin dünya sülhünün təmininə hansı töhfə verdiyini bilirik. Heç bir şey etmədilər. Əksinə, Belarusun müharibəyə sürüklənməsinə şərait yaratdılar və təşviq etdilər”, - o deyib.
Lukaşenko xatırladıb ki, Venesuela parlamentinin sabiq deputatı Mariya Korina Maçado Nobel mükafatı alıb: “Niyə? Çünki o, Venesuelanı dağıtmaq uğrunda mübarizə aparırdı”.
Belarus liderinin fikrincə, bu il mükafata ABŞ Prezidenti Donald Tramp layiq idi.